Biznes

“WhatsApp” çat-botu nə işə yarayır?

Bütün inqredientlər məlum olsa da, yaxınlıqdakı restoranın aşpazının yeməyi necə belə dadlı hazırlamasına yenə də təəccüblənirik. Bu və digər səbəblərdən sizi sahib olmaq istədiyiniz “WhatsApp” çat-botunu yaratmaq üçün start@botbox.pro ünvanında yerləşən mətbəximizə dəvət edirik.

Bizi narahat edən, düşüncələrimizdə qığılcım yaradan bu sual, eyni zamanda, humanitar elm tərəfdarlarını qorxuda bilər. “WhatsApp” çat-botu ilə bağlı mövzuya toxunmazdan əvvəl gəlin bir məsələni aydınlaşdıraq: çat-bot - kosmosdan gələn, iri gözləri, yaşıl rəngi olan və ya “Top Gear” şousundan “Stiq” personajına bənzəyən texnologiya deyil.

Çat-botlar - biznesin ehtiyaclarına uyğun olaraq istifadə edə biləcəyimiz texnologiya alətidir. Əksər hallarda çat-botlar insanlar tərəfindən yerinə yetirilən rutin işləri əvəzləyir, vaxtımıza qənaət edir, uzunmüddətli həllər təqdim edir və ya müəyyən məna kəsb edən sorğuları əks etdirir. Texnologiyanın nə dərəcədə irəliləməsindən və inkişaf etməsindən asılı olmayaraq, çat-bot hələ də insanlar tərəfindən insanlara xidmət etmək üçün yaradılmış texnologiyadır. Bunu yadda saxlamaq olduqca vacibdir.

 Səmimiyyətimizə qalsa, bu məqalənin başlığındakı sualın cavabı bir cümlədən çox olmamalıdır. Bəli, biz bunu etiraf edirik. Amma gəlin sizinlə bu səyahətə çıxaq və heyran qaldığımız təcrübələrimizi birlikdə yaşayaq. Çünki sualı cavablandırmaq işin ən asan tərəfidir, lakin biz biznes sahiblərinə düzgün sualları ünvanlamağa kömək edirik. 


İnsanlar insanlara xidmət edir. O zaman çat-botun işi nədir?


Bu, ən azı “hər ikisinin də 4 təkəri varsa, o zaman “Volvo” ilə “Mercedes-Benz” arasındakı fərq nədir ki?” sualı qədər axmaq səslənir. Cavab olaraq brendlər arasındakı fərqi göstərə bilərik, həmçinin baxış bucağı, dəyər və davranış baxımından da kifayət qədər çox fərq var. Nəhayətdə isə texnologiyanı pis məhsula görə günahlandırmaq  ədalətsizlik olar.

Faktiki olaraq, bütün insanlar süni intellekt və maşınlar ilə əvəz olunmadığından, biz hələ də oyunun iştirakçısıyıq. Bununla da, şəxsi məlumatlarımızı və yanaşmalarımızı əlavə edərək fərqləndirdiyimiz, bir-biri ilə mübarizə aparan texnologiyaları  yaratmaqdan qürur duyuruq.

Hər kəsin texnologiya barədə yüksək fikirdə olduğu bir vaxtda “Botbox” müştərilərin dəyərini texnologiyalardan üstün tutur, eyni zamanda, cavablarımız texnologiyaları qurban vermir.  

Bir halda ki, bizim üçün belə bir şans yaranıb, Botbox adı altında fəaliyyət göstərən təcrübəli komandamız müxtəlif texnologiyalardan istifadə edərək öz müştərilərinə düzgün rəqəmsal həllər təklif edir - bu dəfə biz ətraflı müzakirə aparmaq üçün “WhatsApp” çat-botunu seçdik. 

Botbox tərəfindən hazırlanmış botun özəllikləri nələrdir? Davranış.


“WhatsApp” çat-botu haqqında. Daha konkret.

Orta statistik bank veb-saytını təsəvvür edin və buna paralel insanların çoxunun internet keçidlərini açmaq üçün mobil cihazlardan istifadə etdiyini düşünün. WhatsApp-ın 1,6 milyard istifadəçisi olması faktını nəzərə alaraq, bu “şorba”ya mobil cihazların dəstəkləmədiyi veb-saytlar ilə məzmunun yerləşdirilməsində uyğun olmayan metodların birləşməsini də əlavə edək.

Burada “şorba”nın ləzzətini artıran sirli inqredient isə məhz “WhatsApp” çat-botudur.

Hər hansı istənilən rəqəmsal cihazdan fərqli olaraq (bəzi hallarda hətta mobil tətbiqetmələr), çat-bot mövcud məlumatları aşağıdakı kanallar vasitəsilə ötürməyə kömək edir:

a) gündəlik istifadə olunur

b) 98% əlçatımlıdır

c) yanlış yönləndirmir

Bundan əlavə, veb-saytdan və mobil tətbiqetmədən fərqli olaraq, çat-bot sizə (biznesinizə) məzmunun çatdırılması ilə istifadəçinin itirilməsi arasındakı uçurumun harada baş verdiyini göstərir. 

Çat-bot canlı şəkildə ünvanlanan müştəri suallarına / sorğularına cavab verdiyindən səhnəyə fərqli üstünlüklə daxil olur  və beləcə, istisnalar tükənmir. 

Müştəri yerini paylaşaraq, bankdan yaxınlıqdakı bankomat barədə soruşur.

Bir çox məsələnin botun dizaynından asılı olmasını da müzakirə etdikdən sonra digər nümunəyə baxaq. Beləcə, birbaşa tərcümə etmək əvəzinə biz real müştəri ehtiyaclarını “WhatsApp” çat-botuna yönləndirdik. Heç kim bəzi məlumatları öyrənmək üçün mobil tətbiqetmə quraşdırmayacaq. Üstəlik, bankın müştərisi olmadığınız halda, belə xidmətlərdən məhrum qalırsınız. “WhatsApp” çat-botu isə bu cür fərqlilik aparmadan bütün insanlara eyni səviyyədə eyni xidmətləri göstərir.

“WhatsApp” çat-botu sorğunuza ən yaxşı dostunuzun göndərdiyiniz memlərə “haha” reaksiyasını yazmasından daha sürətli cavab verir. Çat-bot, eyni zamanda, linki kliklənə bilən edir, söhbətin tarixçəsi yadda saxlanılır və sadəcə dostlarınız ilə ünsiyyətinizi xatırladır. Bəli, oflayn dünyanın “siz növbədə altıncısınız, xahiş edirəm, bir az gözləyin” kimi dəhşətli nüansları da burada daim uzaq tutulur.

Alət panelinin idarə olunması.

Gəlin əsaslardan başlayaq; verə biləcəyiniz suallar:

“Bu zəngin, geniş ekran nə edir? “WhatsApp”dan istifadə edərək telefon vasitəsilə təkcə müştəriləri görməməliyəm ki?”

İdarəetmə paneli “Canlı agent”ə imkan yaradır ki, mükəmməl şəkildə hazırlanmış agentlər sorğuların tez bir zamanda dəyişdirilməsi lazım olduqda dərhal reaksiya versinlər. Kim bilir, bəlkə də real vaxt marketinqi messencerə çevriləcək və sosial medianın indiyə kimi sahib olduğu ən güclü silah olacaq. 

Qeyd edək ki, idarə paneli davamlı statistika verir, söhbəti sorğudan ayırmağınıza, botu inkişaf etdirmək üçün cavabsız sualları toplamağınıza, eləcə də  nələrin baş verdiyini aydın şəkildə təsəvvür etməyinizə kömək olur. Təbii ki, məhdud məlumat verən veb-saytlardan və tətbiqetmələrdən fərqli olaraq.


“WhatsApp” çat-botunu necə yarada bilərəm?

Bütün inqredientlər məlum olsa da, yaxınlıqdakı restoranın aşpazının yeməyi necə belə dadlı hazırlamasına yenə də təəccüblənirik. Bu və digər səbəblərdən sizi sahib olmaq istədiyiniz “WhatsApp” çat-botunu yaratmaq üçün start@botbox.pro ünvanında yerləşən mətbəximizə dəvət edirik.

Xidmətlərimiz yalnız məhsul satmaqla məhdudlaşmır, hər hansı sualınız olarsa, bizimlə rahatlıqla əlaqə yarada bilərsiniz. Təcrübəni yaşamaq və ən yaxşısını etmək üçün buradayıq. Sizin istəyiniz bizim imkanlarımızdır. 

P.S: “Bu Stinq kimdir axı?” sualına cavab axtarmaq üçün vaxtınız varsa, deyək ki, Stinq məşhur aparıcı üçlüyün idarə etdiyi dünyanın ən yaxşı avto-şousu olan “Top Gear”in xəyali qəhrəmanı idi. BBC-nin prodüseri ilə Ceremi Klarkson (əfsanə üçlükdən biri) arasındakı toqquşmadan sonra üçlük kanaldan ayrıldı və Amazon-da “The Grand Tour” adlı öz avto-şousunu yaratdı. Stiq personajı “Top Gear” şousunda qaldı, hələ də avtomobili ən yaxşı şəkildə idarə edir, amma o artıq əvvəlki kimi deyil - davranış vacibdir.

December 29, 2020
by 
Murad Zamanov